Gəncə və Şəmkirə yeni prokurorlar təyin olunub.
Lent.az-ın məlumatına görə, bu barədə baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Şöhrət Qəhrəmanov Gəncə şəhər, İlham Babayev isə Şəmkir rayonuna hərbi prokuror təyin ediliblər.
Ədliyyə polkovnik-leytenantı İlham Babayev Hərbi prokurorluğun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi olub. Ədliyyə polkovniki olan Şöhrət Qəhrəmanov isə əvvəl Şəmkir rayonunun hərbi prokuroru olub.