Gənc oğlanı avtomobil vurub öldürdü
30 iyul 2022 02:44 (UTC +04:00)

Gənc oğlanı avtomobil vurub öldürdü

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər ölüb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Böyük Şor gölünün yaxınlığında qeydə alınıb.

1998-ci il təvəllüdlü Feyruzlu Xaliq Natiq oğlu piyadalar üçün müəyyən edilən zolaqdan keçərkən onu “Toyota Prius” markalı avtomobil vurub. Piyada X.Feyruzlu hadisə yerində ölüb.

Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Meyit müayinə olunması üçün morqa təhvil verilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2332

Oxşar yazılar