Bakının Yasamal rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə "Qurd Qapısı" kimi tanınan ərazidə baş verib.
Belə ki, 2001-ci il təvəllüdlü Ələkbərov Valeh Samir oğlu yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.