Gənc oğlandan 300 min istəyən polis kapitanı saxlanıldı
12 aprel 2024 19:54 (UTC +04:00)

Gənc oğlandan 300 min istəyən polis kapitanı saxlanıldı

Rusiyanın Moskva şəhərinin Kryukovo rayonunda polis zabiti rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, 35 yaşlı kapitan 21 yaşlı narkotik aludəçisinin ölüm şəraitinin araşdırılması zamanı onun 29 yaşlı sevgilisindən pul tələb etməkdə şübhəli bilinir.

Hüquq-mühafizə orqanı əməkdaşı qızın ölümünə səbəb olan hərəkətsizliyə görə, kişini cinayət məsuliyyətinə cəlb etməklə hədələyib. Baxmayaraq ki, əslində onun qızın ölümündə əli yoxdur.

Rayon polis məmuru mərhumun sevgilisindən cinayət məsuliyyətindən azad olmağı üçün 300 min rubl (təxminən 5490 manat) istəyib. Zərərçəkən pulun bir hissəsini təhvil verərkən kapitan saxlanılıb.

Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin mətbuat xidmətinin məlumatına görə, onun təqsiri təsdiq olunarsa, vəzifədən uzaqlaşdırılacaq, rəhbərləri isə intizam məsuliyyəti daşıyacaqlar.

# 2904
avatar

Oxşar yazılar