Biləsuvarda 24 yaşlı gənc intihar edib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, Çaylı kənd sakini, 1997-ci il təvəllüdlü Aytac Dilavər qızı Astanlı canına qəsd edib. O, yaşadığı evin həyətindəki tövlədə özünü asaraq intihar edib.
Bir övlad anası olan A.Astanlı ailəli idi. Həyat yoldaşının Rusiyada yaşadığı bildirilir.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğu araşdırma aparır.
Tural Kərimov