Gədəbəydə yeddi nəfər qazdan zəhərləndi
11 mart 2024 08:56 (UTC +04:00)

Gədəbəydə yeddi nəfər qazdan zəhərləndi

Gədəbəydə dəm qazından zəhərlənmə faktları olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, onlar rayonun Qardağ kənd sakinləri, 2018-ci il təvəllüdlü E.Məmmədli, 2016-cı il təvəllüdlü S.Məmmədli, 1995-ci il təvəllüdlü S.Məmmədli və 1994-cü il təvəllüdlü Z.Qasımlıdır.

Digər zəhərlənən şəxs Gədəbəy şəhərinin Səməd Vurğun küçəsində yaşayan 1955-ci il təvəllüdlü M.Hüseynovdur.

Rayonun Gərgər kəndində qeydə alınan daha iki faktda isə 2010-cu il təvəllüdlü S.Tağıyev və G.Şəmiyeva dəm qazından zəhərləniblər.

Zəhərlənən şəxslərin vəziyyətlərinin kafi olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3000
avatar

Oxşar yazılar