Gecəyarısı “Soyuq bulaq” restoranında yaxalandılar
11 may 2021 12:33 (UTC +04:00)

Gecəyarısı “Soyuq bulaq” restoranında yaxalandılar

Qəbələdə karantin qaydalarını pozaraq gecə saatlarında fəaliyyət göstərən restoran aşkar edilib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, şəhər ərazisində yerləşən “Soyuq bulaq” restoranının gecə saat 1 radələrində sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərdiyi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən restoranın sahibi Cavid Vahabovla profilaktik söhbətlər aparılıb və karantin qaydalarına əməl etməyin vacibliyi onun diqqətinə çatdırılıb.

C.Vahabov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunaraq inzibati məsuliyyətə cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3477
avatar

Oxşar yazılar