Gecəyarısı marketə girib   görün nə apardı?
22 dekabr 2022 14:54 (UTC +04:00)

Gecəyarısı marketə girib görün nə apardı?

0

Cəlilabadda ödəmə terminalını oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Cəlilabad rayonu ərazisində yerləşən marketlərdən birindən gecə saatlarında içərisində 8784 manat nağd pul olan ödəniş terminalının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq faktını törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Lütfulla Qənbərov müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla məlum olub ki, gecə saat 03 radələrində gizli yolla marketə daxil olan həmin şəxs orada qoyulan ödəmə terminalını başqa yerdə sındırıb içərisindəki pulları götürmək məqsədilə idarə etdiyi nəqliyyat vasitəsinə qoyaraq aparıb. Oğurlanan ödəniş aparatı içərisindəki nağd pulla birlikdə L.Qənbərovun gizlətdiyi yerdən aşkarlanaraq götürülüb.

Faktla bağlı Cəlilabad rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1857

Oxşar yazılar