Abşeron rayonunda karantin qaydalarını pozan kafe aşkarlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Abşeron rayonunda karantin qaydalarını pozaraq müştərilərə gecə saat 0:00-dan sonra xidmət göstərən kafe aşkar edilib. Rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazidə xidmət aparan zaman Xırdalan şəhərində yerləşən “Read Houses” adlı kafenin saat 1:30-da müştərilərə xidmət göstərdiyini müəyyən ediliblər.
Obyektin fəaliyyəti dərhal polislər tərəfindən dayandırılıb, kafenin sahibi Əliağa Məmmədov və 11 müştəri saxlanılaraq Polis İdarəsinə dəvət ediliblər. Müştərilər və kafenin sahibi barəsində inzibati qaydada tədbir görülüb və onların hər biri cərimə edilib. Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb və karantin qaydalarına əməl olunmasının vacibliyi bir daha onların diqqətinə çatdırılıb.