Gecə klubunda böyük sevgidən DJ-in qulağını dişlədi
04 dekabr 2024 16:54 (UTC +04:00)

Gecə klubunda böyük sevgidən DJ-in qulağını dişlədi

Almaniyada diskotekaya gələn şəxs DJ-i qucaqlayaraq qulağının bir hissəsini dişləyib. 

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, məhkəmədə məlum olub ki, həmin şəxs əvvəllər də belə hərəkətlər edib.

Məlumata görə, hadisə hələ 2023-cü ilin fevralında Aşağı Saksoniyanın Qettinqen şəhərinin klublarından birində baş verib.

“Həmin axşam 34 yaşlı Düvid B. spirtli içki və qanunsuz maddələr qəbul edib, sonra 46 yaşlı DJ Martin B.dən ona pivə almasını istəyib”, - xəbərdə qeyd edilir.

Zərərçəkən nə baş verdiyini yalnız əlində qan görəndə anlayıb. Sonra yerdə qalan qulağın bir hissəsini görüb.

Xəstəxanada həkim qulağın dişlənmiş üçdə bir hissəsinə tikişlər qoyub, lakin zədələnmiş nahiyə qanqrenanın inkişafı səbəbindən sağalmayıb. Zərərçəkən yeni görkəmini qəbul edə bilməyib, amma yenə də plastik cərrahlardan kömək istəməmək qərarına gəlib. Məhkəmədə Martin güzgüyə baxmamağa üstünlük verdiyini etiraf edib.

“Cinayətdən bir neçə həftə sonra DJ təsadüfən Devidlə görüşüb və o, “bunu sevgi üçün etdiyini” deyib. Əvvəllər müttəhimlər kürsüsündə doqquz dəfə olmuş şəxs ağır bədən xəsarəti yetirməkdə ittiham olunub.

O, əvvəllər başqa bir şəxsi dişləyib, lakin məhkəmə heyəti müttəhimi sərbəst buraxıb və təkrar cinayət törədəni iki il şərti cəzaya məhkum edib. O, həmçinin qurbanına ağrı və əziyyətə görə 12 min avro məbləğində təzminat ödəməlidir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1855

Oxşar yazılar

İsrail HƏMAS-ın snayper dəstəsinin komandir müavinini öldürdü

İsrail HƏMAS-ın snayper dəstəsinin komandir müavinini öldürdü

13 aprel 2025 , 21:30
Ağsuda 27 yaşlı qadın dərmandan zəhərləndi

Ağsuda 27 yaşlı qadın dərmandan zəhərləndi

13 aprel 2025 , 20:34
Ağdamda AĞIR QƏZA:  yaralılar var -FOTOLENT

Ağdamda AĞIR QƏZA: yaralılar var -FOTOLENT

13 aprel 2025 , 18:10
Qəbələdə 53 yaşlı qadın qazdan zəhərlənib öldü

Qəbələdə 53 yaşlı qadın qazdan zəhərlənib öldü

13 aprel 2025 , 17:25
Ağdamda azyaşlını it dişlədi

Ağdamda azyaşlını it dişlədi

13 aprel 2025 , 15:33
Bakıda maşın yolda qaldı, tıxac yaratdı -FOTOLENT

Bakıda maşın yolda qaldı, tıxac yaratdı -FOTOLENT

13 aprel 2025 , 15:00
Bakıda kafe yandı

Bakıda kafe yandı

13 aprel 2025 , 14:36
Ucarda zəncirvari qəza:  xəsarət alanlar var -FOTOLENT

Ucarda zəncirvari qəza: xəsarət alanlar var -FOTOLENT

13 aprel 2025 , 14:30