Füzuliyə getmək istəyən 6 nəfər saxlanıldı
19 may 2021 12:04 (UTC +04:00)

Füzuliyə getmək istəyən 6 nəfər saxlanıldı

Füzulinin işğaldan azad olunmuş hissəsinə qanunsuz getmək istəyən şəxs cərimələnib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, mayın 17-də saat 17 radələrində Füzuli rayonunun Alıxanlı kəndi ərazisində “Toyota” markalı avtomobilin sürücüsü işğaldan azad olunmuş əraziyə qanunsuz keçməyə cəhd etdiyi üçün rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Avtomobildə olan sürücü, Sumqayıt şəhər sakini E.Qasımov və 5 sərnişini Füzuli rayon Polis Şöbəsinə gətiriliblər. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq inzibati tənbeh tədbiri tətbiq olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1485
avatar

Mehman Nəbiyev

Oxşar yazılar