Rusiyanın “Krasnodar” futbol klubunun keçmiş aşpazı və “Aşpazların döyüşü” şousunun iştirakçısı Pavel Çeşa intihar edib.
Lent.az Rusiya teleqram kanallarına istinadla bildirir ki, o, işlətdiyi restoranda özünü yandırıb.
Məlumata görə, restoranda yanğın sentyabrın 25-nə keçən gecə baş verib. Əvvəlcə yanğının səbəbinin qısaqapanma olduğu güman edilib, lakin indi müstəntiqlər 35 yaşlı Pavel Çeşanın özünü yandırdığını güman edirlər. Kişi yerindəcə dünyasını dəyişib.
Əvvəllər Çeşa “Krasnodar” FK-da aşpaz kimi işləyib, həmçinin Konstantin İvlev ilə "Aşpazların döyüşü" tok-şousunda iştirak edib.
Pavel Çeşa