"CNN Türk" kanalının jurnalisti Fulya Öztürk zəlzələ nəticəsində dağıntılar altında qalmış uşağı xilas edib.
Lent.az xəbər verir ki, o, zəlzələnin mərkəzi sayılan Kahramanmaraşda İsmetpaşa Məhəlləsində canlı yayım edərkən, gözləmədiyi mənzərə ilə qarşılaşıb.
Belə ki, Fulya dağılmış evin altında qalan insanlara "Səsimi eşidən var?", - deyərək, səslənən zaman evdə pərdənin arxasından 14 yaşlı bir uşaq əl sallayır. Can adlı uşağa jurnalist "Səni xilas edəcəyik, indi gələcəklər", - deyir.
Bundan sonra F.Öztürk xilasediciləri kömək etməsi üçün əraziyə çağırır.
Görüntüləri təqdim edirik: