Fermanın qoyunlarını oğurlayıb ucuz qiymətə satdı -  FOTO
10 sentyabr 2021 16:18 (UTC +04:00)

Fermanın qoyunlarını oğurlayıb ucuz qiymətə satdı - FOTO

Salyanda fermadan qoyunlar oğurlanıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, Salyan rayon Polis Şöbəsinə rayonun Aşağı Noxudlu kəndi ərazisində yerləşən fermaların birindən 16 baş qoyunun oğurlaması barədə məlumat daxil olub.

Daxil olan məlumatla əlaqədar Salyan və Ağcəbədi rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Ağcabədi rayon sakini Eldəniz Musayev yaşadığı rayon ərazisində saxlanılaraq istintaqa təqdim olunub.

Dindirilmə zamanı həmin şəxs cinayət əməlini etiraf edərək, oğurladığı qoyunları Masallı rayonu ərazisində dəyərindən ucuz qiymətə satdığını bildirib.

Faktla əlaqədar E.Musayev barəsində Salyan rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2489

Oxşar yazılar

Maşın yüksək sürətlə gəlib 8 yaşlı qıza ÇARPILDI  -VİDEO

Maşın yüksək sürətlə gəlib 8 yaşlı qıza ÇARPILDI -VİDEO

31 mart 2025 , 11:26
Polisdən ƏMƏLİYYAT:  İran vətəndaşları saxlanıldı

Polisdən ƏMƏLİYYAT: İran vətəndaşları saxlanıldı

31 mart 2025 , 11:15
Şəkidə piyada yolda CAN VERDİ

Şəkidə piyada yolda CAN VERDİ

31 mart 2025 , 10:03
Gəncədə 76 yaşlı kişini  maşın vurub öldürdü

Gəncədə 76 yaşlı kişini maşın vurub öldürdü

31 mart 2025 , 00:28
Gəncədə yeniyetmə dəm qazından  zəhərləndi

Gəncədə yeniyetmə dəm qazından zəhərləndi

30 mart 2025 , 22:01
Bakıda mənzildə meyit tapıldı

Bakıda mənzildə meyit tapıldı

30 mart 2025 , 19:44
Bakıda binada yanğın-VİDEO

Bakıda binada yanğın-VİDEO

30 mart 2025 , 19:01
Ucarda qəza: Bir ailənin  3 üzvü   yaralandı -YENİLƏNİB

Ucarda qəza: Bir ailənin 3 üzvü yaralandı -YENİLƏNİB

30 mart 2025 , 18:45