Bakıda fəhləni elektrik cərəyanı vuraraq öldürüb.
Nərimanov rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, hadisə avqustun 12-i səhər saatlarında paytaxtın Nərimanov rayonu, Məmməd Araz küçəsi 92 ünvanında baş verib.
1983-cü il təvəllüdlü Aqil Əliyev fəhlə kimi işlədiyi üçmərtəbəli binanın zirzəmisində elektrik cərəyanı vurması nəticəsində yerindəcə keçinib.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə istintaq davam edir.