Fahişələrdən rüşvət alan polis əməkdaşı saxlanılıb. Əvəzində isə o, polis reydləri barədə xəbərdarlıq edəcəyinə söz verib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, cinayətdə Kommunarski polis idarəsinin patrul xidmətçisi, 38 yaşlı baş serjant şübhəli bilinir. Müstəntiqlərin fikrincə, o, Kommunarkadakı fahişəxana mənzilində müştərilərə xidmət edən seks işçilərindən 200 min rubldan çox (təxminən 3660 manat) pul alıb.
Dələduzluq fahişələrin tutulması zamanı üzə çıxıb. Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin mətbuat xidmətinin verdiyi məlumata görə, şübhəlinin günahı təsdiqlənərsə, o, vəzifədən uzaqlaşdırılacaq, rəhbərləri isə intizam məsuliyyəti daşıyacaqlar.