"FAB Boya" məhkəməyə verildi -  SƏBƏB
25 avqust 2021 19:25 (UTC +04:00)

"FAB Boya" məhkəməyə verildi - SƏBƏB

“FAB Boya və Kimya Sənayesi” Məhdud Məsuliyyətli Cəmiyyətinə cərimə yazılıb.

Lent.az-ın məlumatına görə, MMC-nin gömrük qaydalarını pozduğu aşkarlanıb. Buna görə də, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə cərimə protokolu tərtib olunub.

Protokol baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib. İş hakim Elçin Ağayevin icraatına verilib.

Həmin maddə əsasında “FAB Boya” 1500 manat cərimələnə bilər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2964
avatar

Mehman Nəbiyev

Oxşar yazılar