Əvvəlcə qayınlarını, sonra özünü bıçaqladı
15 avqust 2021 04:11 (UTC +04:00)

Əvvəlcə qayınlarını, sonra özünü bıçaqladı

0

İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə ailə münaqişəsi zəminində İmişli rayonunun Qaradonlu kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 1996-cı il təvəllüdlü Nəsirov Elsəvər Əli oğlu qayınları - Qaradonlu sakinləri, 2001-ci il təvəllüdlü Nəsirov Nurlan Allahyar oğlunu və onun qardaşı 1998-ci il təvəllüdlü Nəsirov Əmrah Allahyar oğlunu bıçaqlayıb.

Hər iki qardaş Şirvan şəhər mərkəzi xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Ə.Nəsirov daxili qanaxma diaqnozu ilə əməliyyata götürülüb. Qayınlarını bıçaqlayan E.Nəsirov daha sonra bıçaqla özünə də xəsarət yetirib.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3286

Oxşar yazılar