Moskvanın qərbindəki Berzarina küçəsində yerləşən mənzilin sakinləri 15 il ölü qonşusu ilə yaşayıblar.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, mənzillərin birinin 63 yaşlı sakini polisə müraciət edərək meyitin tapılması barədə məlumat verib.
Araşdırmalar nəticəsində mərhumun 1954-cü il təvəllüdlü olması məlum olub. İlkin məlumata görə, kişi 10 ildən çox əvvəl ürək çatışmazlığından dünyasını dəyişib. Qonşu isə onu 15 ildir görmədiyini deyib.
Sakin bildirib ki, həmin şəxs tez-tez içki içir və evə şübhəli adamlar gətirirmiş. 2007-ci ildən isə yoxa çıxıb.
Qonşunun sözlərinə görə, onun itməsi ilə bağlı dəfələrlə polisə müraciət etsə də, heç bir nəticə olmayıb.