Göyçayda yaşadığı evin zirzəmisində çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş Bığır kənd sakini Azad Cəlilov saxlanılıb və şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana aşkarlanıb.
Azad Cəlilovun yaşadığı ünvana baxış keçirilən zaman isə oradan ümumi çəkisi 300 qrama yaxın qurudulmuş marixuana, eləcə də evin zirzəmisindən aqrotexniki qulluq göstərilmiş 16 ədəd çətənə bitkisi və 63 ədəd həmin narkotik tərkibli bitkinin şitilləri aşkar edilərək götürülüb.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya göndərilib və faktla bağlı Polis Şöbəsində araşdırmalar davam etdirilir.