Bakıda evə basqın olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Binəqədi rayonu Ziya Bünyadov prospektində qeydə alınıb.
Orada yerləşən Kəmalə Nəsirovaya məxsus evə basqın edən naməlum kişi qadını bıçaqla hədələyərək külli miqdarda pulunu və qızıllarını götürərək qaçıb.
Qadın hadisə barəsində polisə məlumat verib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin Ağdam sakini Ceyhun Qurbanov olması müəyyən edilərək saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.