Evdən 15 minlik qızıl oğurlandı
13 dekabr 2022 10:52 (UTC +04:00)

Evdən 15 minlik qızıl oğurlandı

0

Bakıda ev qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, dekabrın 6-na keçən gecə Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki evlərin birindən 15.000 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Elçin Babayev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1824

Oxşar yazılar