Bakıda ev qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, avqustun 5-də Binəqədi rayonu ərazisindəki evlərin birindən 13.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Y.Quliyev saxlanılıb.