Bakıda evdən külli miqdarda qızıl oğurlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Binə qəsəbəsindəki evlərin birindən 12.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Yardımlı rayon sakini S.Nəzərli müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.