Kotayk rayonunun Craber kəndi ərazisində B55 təyyarəsi (yüngül ikimühərrikli porşenli təyyarə) qəzaya uğrayıb.
Lent.az Ermənistan mediasına istinadla bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Təyyarə qəzası barədə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə saat 14:20-də məlumat verilib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsinin iki döyüş briqadası, üç xilasedici briqadası və xüsusi işçi qrupu yola düşüb.
Qəza yerində iki yanmış cəsəd tapılıb.