Ermənistanda tanınmış aktyor  özünü güllələdi
03 yanvar 2023 23:04 (UTC +04:00)

Ermənistanda tanınmış aktyor özünü güllələdi

0

Ermənistanda çəkilən serialların məşhur aktyoru Arsen Levonyan özünü qaz tapançası ilə başından vurub.

Lent.az-ın Ermənistan mediasına istinadla xəbərinə görə, o, İrəvandakı xəstəxanaların birinə yerləşdirilib. 

Məlumata görə, İrəvan Dövlət Tibb Universitetinin xəstəxanasından polisə 34 yaşlı A.Levonyanın özünü güllələməsi ilə bağlı siqnal daxil olub. Həkimlər onun həyatını xilas edə biliblər.

Məlumata görə, müstəntiqlər A.Levonyanın qohumlarından biri ilə danışıb və o, qaz tapançası ilə özünü başından vurduğunu deyib. Onun intihara cəhd, yoxsa ehtiyatsızlıqdanmı bunu etdiyi hələlik dəqiqləşdirilməyib.

A.Levonyanın qaldığı mənzildə polislər sözügedən tapançanı aşkar ediblər. Faktla bağlı cinayət işi başlanıb.

Məlumata görə, A. Levonyan Ermənistanda tanınmış sənətçidir, seriallarda çəkilir, həmçinin məşhur teleaparıcının qardaşıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2367

Oxşar yazılar