İrəvanın Sopron küçəsində baş verən insidentdə zərərçəkmiş 26 yaşlı D.Sayadyan dekabrın 10-da axşam saatlarında xəstəxanada ölüb.
Lent.az Ermənistan KİV-nə istinadən bildirir ki, İstintaq Komitəsindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 155-ci maddəsinin 1-ci hissəsi və 167-ci maddəsinin 2-ci hissəsinin 8-ci bəndi ilə cinayət işi başlanıb. Bütün iştirakçıların şəxsiyyəti müəyyən edilib.
İstintaqın məlumatına görə, dekabrın 10-da saat 20:00 radələrində Sopron küçəsindəki evlərin birinin həyətində 29 yaşlı İrəvan sakini ilə qardaşı və bir bir qrup arasında pul məsələsi ilə bağlı mübahisə olub.
Mübahisə əlbəyaxa davaya çevrilib və bu zaman 29 yaşlı kişi 27 yaşlı İrəvan sakinini və 26 yaşlı Tavuş sakinini bıçaqlayıb. Birincinin yarası orta ağır, ikincinin yarası isə ölümcül olub.
Şübhəli şəxs saxlanılıb. Həbs olunması ilə bağlı vəsatət verilib.
“Hraparak” nəşrinin məlumatına görə, davada təxminən 8 nəfər iştirak edib. Bıçaqlananların hər ikisi hərbçidir, ölən baş leytenant David Sayadyan, ikinci isə keçmiş hərbçi Gevork Markaryandır.