Ərinin dərmanını içən qadın reanimasiyaya yerləşdirildi
15 dekabr 2022 21:52 (UTC +04:00)

Ərinin dərmanını içən qadın reanimasiyaya yerləşdirildi

0

21 yaşlı qadın həyat yoldaşının dərmanını içərək zəhərlənib. 

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Cəlilabad rayonun Maşlıq kəndində baş verib.

2001-ci il təvəllüdlü G. Quliyeva həyat yoldaşının psixotrop dərmanlarını qəbul edib. Dərmandan zəhərlənən qadın rayon mərkəzi xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.
Onun dərmanı  intihar məqsədilə ya bilməyərəkdən qəbul  etməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2553

Oxşar yazılar