Əri arvadını ilanla öldürmək  istədi: səbəb TƏƏCCÜBLƏNDİRƏCƏK
24 sentyabr 2025 19:07 (UTC +04:00)

Əri arvadını ilanla öldürmək istədi: səbəb TƏƏCCÜBLƏNDİRƏCƏK

1

Hindistanda bir qadın qətlə cəhddən sağ çıxıb: o, zəhərli ilan olan otaqda saxlanılıb.

Hindistanın Uttar-Pradeş ştatının Kanpur şəhərində bir qadın ərinin və altı qohumunun onu öldürməyə cəhd etdiyini iddia edir. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, o, iddia edir ki, dəfələrlə cehiz tələb etdikləri üçün onu zəhərli ilan olan otağa salıblar.

Qadını ilan sancıb. Lakin onun qışqırmasına baxmayaraq, ailəsindən heç kim ona kömək etməyib. Qadın onu xilas edərək xəstəxanaya çatdıran böyük bacısı sayəsində möcüzə nəticəsində sağ qalıb.

Polis sözçüsü Vinit Kumar cinayətlə bağlı qadının əri də daxil olmaqla 7 nəfərə qarşı cinayət işi açıldığını təsdiqləyib. Həkimlər qadının vəziyyətinin ağır, lakin stabil olduğunu bildiriblər. O, müalicə alır.

Zərərçəkənin bacısı bildirib ki, 2021-ci ilin martında toydan sonra kişinin ailəsi 5 lakh rupi-təxminən 6000 dollarlıq cehiz tələb edib. Qadının ailəsi artıq 1,5 milyon rupi (1800 dollar) təhvil versə də, bu, kifayət etməyib. Daha çox şey verməkdən imtina etdikdən sonra ər və valideynləri onu ayrı yatmağa məcbur ediblər. Uşağını da aparıblar və səhəri gün ilanl olan otağa salıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 2270

Oxşar yazılar