Goranboyda zəhərlənmə faktı qeydə alınıb.
Lent.az-ın APA-ya istinadla məlumatına görə hadisə rayonun Dəliməmmədli şəhərində baş verib. 1979-cu il təvəllüldü R.İmanov və onun həyat yoldaşı, 1981-ci il təvəllüdlü G.Qasımova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir. İlkin məlumata görə onlar vanna otağında dəm qazından zəhərləniblər.