Türkiyədə bir qadın endoskopiyadan sağ çıxa bilməyib.
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Adana şəhərində baş verib. Məlumata görə, adətən öz mütəxəssisinə üz tutan 46 yaşlı qadın bu dəfə başqa həkimə müraciət edib.
Müayinə zamanı həkim xəstənin onikibarmaq bağırsağını deşib. Bundan sonra vəziyyəti düzəltmək üçün əməliyyat olunsa da, qadını xilas etmək mümkün olmayıb.
Hadisədən sonra xəstəyə endoskopiya aparan həkim ailəsindən üzr istəyib. Qadının həyat yoldaşı və iki övladı qalıb.
Hazırda hüquq-mühafizə orqanları hadisənin bütün şəraitini araşdırır.