Əməkdar incəsənət xadimi VƏFAT ETDİ
19 dekabr 2022 16:30 (UTC +04:00)

Əməkdar incəsənət xadimi VƏFAT ETDİ

Azərbaycanın Əməkdar incəsənət xadimi, Respublika Prezidentinin fəxri təqaüdçüsü dirijor Kazım Əliverdibəyov vəfat edib.

Bu barədə Lent.az-a Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından bildirilib. 

Qeyd olunub ki, Kazım Əliverdibəyov bu gün səhər saatlarında vəfat edib.

K.Əliverdibəyov 1938-ci ildə Bakıda anadan olub, 1958-1960-cı illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, daha sonra Opera və Balet Teatrında dirijor kimi çalışıb.

Mərhumla vida mərasimi dekabrın 20-də saat 13.00-dan 14.00-dək Təzə Pir məscidində keçiriləcək.

Allah rəhmət eləsin!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2868
avatar

Oxşar yazılar