Ələt-Astara yolunda  DƏHŞƏTLİ   qəza: 2 nəfər öldü - YENİLƏNİB
18 fevral 2022 11:11 (UTC +04:00)

Ələt-Astara yolunda DƏHŞƏTLİ qəza: 2 nəfər öldü - YENİLƏNİB

0

Ələt-Astara magistralında bu gün baş verən qəzada ölənlərin sayı 2-yə çatıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirliən Masallı rayon sakini, 59 yaşlı Dadaşov Hüseyn Əlihüsyn oğlu xəstəxanada ölüb.

***

08:31

Ələt-Astara magistralında baş verə qəzada ölən və yaralılar var

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə Ələt-Astara magistralının Salyan rayonunun Şorsulu kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb. “Ford” markalı 99 JT 145 dövlət nömrə nişanlı avtomobil “KamAZ” markalı 42 BT 295 dövlət nömrə nişanlı avtomobilə çırpılıb. Nəticədə 1 nəfər hadisə yerində ölüb, 3 nəfər xəsarət alıb. Yaralılar Salyan rayon xəstəxanasına yerləşdirilib. Hadisə yerinə FHN-in Salyan rayon yanğından mühafizə xidmətinin xilasediciləri cəlb olunub. Avtomobildə sıxılıb qalmış sərnişini xüssi avadanlığın köməyi ilə avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5489

Oxşar yazılar