Goranboyda mağaza qarət olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər keçirib.
Araşdırmalar zamanı naməlum şəxs və ya şəxslərin gecə saatlarında mağazanın qapısını sındıraraq içəri daxil olması və oradan 100 manat nağd pul və 2911 manat dəyərində müxtəlif satış məhsullarını oğurlaması məlum olub.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvələr məhkum olunmuş rayon sakini, Elçibəy Fətullayev maddi sübutların bir qismi ilə birlikdə saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı RPŞ-nin İstintaq və Təhqiqat Bölməsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.