"Əjdər Ol qardaşımdan 115 min manat alıb" - Səlim Müslümovun MƏHKƏMƏSİ
05 dekabr 2022 18:00 (UTC +04:00)

"Əjdər Ol qardaşımdan 115 min manat alıb" - Səlim Müslümovun MƏHKƏMƏSİ

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Lent.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda iş üzrə şəhidlərin ifadələri davam etdirilib. 

Şahid Rasim Qocayev deyib ki, Binəqədi Gənclər Şəhərciyində tikilən binaların tikintisi ilə məşğul olan şirkətin kommunal nəzarət şöbəsinə rəisi olub.

Hakim, dövlət büdcəsindən 4 milyon 577 min manat vəsaitin Rasim Qocayevin şirkətinin balansına köçürüldüyünü deyib.

Şahid isə qeyd edib ki, mənzillərin satılmasına Rəfail Cəbrayılov (həbsdə vəfat edən keçmiş deputat) və qardaşı Elşən Cəbrayılov nəzarət edib, dövlət büdcəsindən ayrılan məbləğləri də onlar dəqiq biliblər: "Mən binanın kommunal işlərinə baxırdım. Maliyyə işləri ilə məşğul olmurdum. 2015-ci ildə 46 ev, sonrakı illərdə isə, 15 və 81 mənzil təmir edərək sahiblərinə təhvil vermişik".

Şahid Qabil Mustafayev isə özünün və qohumlarının adına şirkətlər yaradıldığını, nazirliyin elan etdiyi tenderlərdə qalib olduğunu bildirib. O, müqaviləyə əsasən, Gədəbəy və Göygöldə müharibə əlilləri üçün 5 ev tikildiyini, hər evə görə, nazirliyin tikilməkdə olan obyektlər şöbəsinin rəisi Natiq Əzizova 5 min manat verildiyini açıqlayıb.

Daha sonra xalq artisti Zeynəb Xanlarovanın qohumu, nazirliyin daxili nəzarət şöbəsinin müdir müavini işləmiş Nizami Xanlarov ifadə verib. N. Xanlarovun dediyinə görə, hər illik plan üzrə şöbə və müəssisələrdə yoxlamalar aparılıb. Yoxlamalar zamanı aşkar olunan nöqsanlarla bağlı protokol yazılıb: "Sonradan nöqsanlar aşkarlanan şöbə və müəssisə müdirləri mənə müraciət edib, nöqsanların aradan qaldırılması üçün pul təklif ediblər. Mən də aldığım həmin pulları şöbənin müdiri Soltan Hacıyevə vermişəm".

Tərəflərin sualları cavablandıran şahid deyib ki, kiminsə pulunu geri qaytarılması halı baş verməyib: "Kimdən nə qədər pul alınıb, ümumi məbləğin nə qədər də olması barədə yadımda heç nə qalmayıb. İşdən çıxandan sonra işsiz qaldım. Buna görə də stress keçirdim, məndə yaddaş pozğunluğu yaranıb".

Nizami Xanlarov ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyib, orada alınan rüşvətlə bağlı qeyd olunanların düzgün yazıldığını deyib.

Digər şahid Namiq Şəmiyevin qardaşının Dövlət Sosial Müdafiə Fondunun Şəki rayonu üzrə müdir müavini işlədiyi qeyd olunub.

Şahid bildirib ki, nazirliyin aparat rəhbəri olmuş Əjdər Cəbiyev (Əjdər Ol) onun qardaşından 115 min manat alıb: "Birinci dəfə qardaşım Əjdər Ola 40 min manat verib. Daha sonra isə yenə 40 min, sonda isə 35 min manat verib. Sonuncu iki məbləği qardaşım mənim yanımda Əhdər Ola verib. Bundan sonra qardaşımdan əsəb-stress yarandı, rəhmətə getdi. Bu hadisələrdən sonra Səlim Müslümovla görüşmək istədim. Amma görüşümüz alınmadı. Əjdər Ol əvvəllər mənə deyirdi ki, şikayət etməyin, hər şey qaydasında olacaq, narahat olmayın pulunuzu qaytaracam. Lakin sonradan Əjdər Ol işdən çıxdı. Bundan sonra onunla görüşmək istədik. O bizi təhqir etdi".

Proses dekabrın 12-də davam etdiriləcək.

Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunan sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb.

Səlim Müslümov cinayət işi üzrə dövlətə dəymiş 27 milyon manatın 20 milyonunu ödəyib. Onun 8 milyon manatlıq əmlakı üzərinə həbs qoyulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2301
avatar

Oxşar yazılar

Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46