Düşmən ordusunun atıb qaçdığı SİLAH-SURSATLAR
20 noyabr 2021 10:21 (UTC +04:00)

Düşmən ordusunun atıb qaçdığı SİLAH-SURSATLAR

0

Bu günə qədər işğaldan azad edilmiş ərazilərdə aparılan nəzarət-profilaktiki tədbirlər nəticəsində düşmən ordusunun tərk etdiyi hərbi mövqelərdən aşkar edilən silah-sursatların sayı açıqlanıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, tədbirlərlə 1 qumbaraatan, 72 qumbaraatan mərmisi, 3 Qrad mərmisi, 2 fosforlu mərmi, 2 tank əleyhinə mina, 9 əl qumbarası və alışdırıcısı, 2 rabitə vasitəsi və 6 minə yaxın müxtəlif çaplı patronlar aşkar edilərək təhvil verilib.

Eyni zamanda, ümumi çəkisi 3.3 tondan artıq 5574 ədəd yabanı halda bitmiş çətənə bitkisi yığılaraq məhv edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1776

Oxşar yazılar