Dünən 4 koronavirus xəstəsinə cinayət işi açılıb
27 avqust 2021 11:33 (UTC +04:00)

Dünən 4 koronavirus xəstəsinə cinayət işi açılıb

Avqustun 26-da ölkə ərazisində 11 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 4 nəfər barəsində cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1467
avatar

Mehman Nəbiyev

Oxşar yazılar