DTX Azər Bağırovu İordaniyada tutub Azərbaycana gətirdi
11 fevral 2025 09:11 (UTC +04:00)

DTX Azər Bağırovu İordaniyada tutub Azərbaycana gətirdi

Bakı şəhəri Səbail rayon məhkəməsində Azərbaycan vətəndaşı Bağırov Azər Akif oğlu barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, xarici xüsusi xidmət orqanının nümayəndələrinə kömək etməklə casusluq formasında dövlətə xəyanət etməkdə ittiham olunan Azər Bağırov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş tədbirlər nəticəsində İordaniya Haşimilər Krallığı ərazisində tutularaq Azərbaycana gətirilib.

İş materiallarından məlum olur ki, xarici ölkənin xüsusi xidmət orqanı 3-cü ölkələrdə hazırladığı təxribat hadisələrində iştirakını büruzə verməmək üçün Azərbaycan vətəndaşı kimi Azər Bağırovu cəlb edib. Azər Bağırov isə öz Azərbaycan vətəndaşı statusundan xarici xüsusi xidmət orqanının xeyrinə və Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə etməklə xaricdə dövlətimizin maraqlarına qəsdən ziyan vurub, casusluq fəaliyyəti ilə məşğul olub.

Məhkəmə Bağırov Azər Akif oğlu barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə həbs qətimkan tədbiri seçib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3411

Oxşar yazılar

Narkotik çəkən mikroavtobus sürücüsü həbs olundu - VİDEO

Narkotik çəkən mikroavtobus sürücüsü həbs olundu - VİDEO

3 iyun 2025 , 09:41
Göyçayda kişi evində ölü tapıldı

Göyçayda kişi evində ölü tapıldı

3 iyun 2025 , 09:37
Qaxda gənc oğlanı ilan sancdı

Qaxda gənc oğlanı ilan sancdı

3 iyun 2025 , 09:29
Gəncədə qudalar arasında QANLI DAVA:  Ağır yaralananlar var

Gəncədə qudalar arasında QANLI DAVA: Ağır yaralananlar var

3 iyun 2025 , 05:12
Abşeronda məktəblilər arasında  DAVA: yaralanan var

Abşeronda məktəblilər arasında DAVA: yaralanan var

2 iyun 2025 , 23:31
Sumqayıtda 3 maşın TOQQUŞDU:  yaralılar var

Sumqayıtda 3 maşın TOQQUŞDU: yaralılar var

2 iyun 2025 , 23:02
Mingəçevirdə 39 yaşlı kişi bıçaqlandı

Mingəçevirdə 39 yaşlı kişi bıçaqlandı

2 iyun 2025 , 22:43
Goranboyda "BMW"  alışıb yandı

Goranboyda "BMW" alışıb yandı

2 iyun 2025 , 20:28