Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasının dam örtüyündə baş vermiş yanğın genişlənməsnə imkan verilmədən qısa müddətdə tam söndürülüb.
Lent.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Baş vermiş hadisə ilə bağlı DSX-nın rəisi general-polkovnik Elçin Quliyev jurnalistlərə açıqlama verib. O bildirib ki, narahatlığa heç bir əsas yoxdur, yanğın tam söndürülüb və zəruri tədbirlər görülüb.
***
17:52
Dövlət Sərhəd Xidmətinin Akademiyasında baş verən yanğın məhdudlaşdırılıb.
Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, FHN-in qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
***
Saat: 17:27
Əlavə məlumat veriləcək.
Dövlət Sərhəd Xidməti Akademiyasının binasında yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-averilən xəbərə görə, Xətai rayonu, Gəncə prospektində yerləşən inzibati binanın dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam edir.
Əlavə məlumat veriləcək.