DSMF-nin Zaqatala filialının müdiri piyadanı vurub öldürdü,  qurum açıqlama yaydı-YENİLƏNİB
09 mart 2025 00:12 (UTC +04:00)

DSMF-nin Zaqatala filialının müdiri piyadanı vurub öldürdü, qurum açıqlama yaydı-YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Dövlət Sosial Müdafiə Fondunun 3 saylı Şəki-Zaqatala Regional Filialının direktoru Turan Əsədov "Azsamand" markalı xidməti avtomobili ilə piyadanı vuraraq öldürüb. 

Lent.az xəbər verir ki, məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondu açıqlama yayıb. 

Bildirilib ki, Turan Əsədov xidməti avtomobili ilə Şəki rayonundan iftardan qayıdarkən Qax rayonu Güllük kəndindən keçən avtomobil yolunun qaranlıq hissəsində dayanan Natiq Həsənovu vuraraq qəza törədib.

"Hadisədən dərhal sonra Tural Əsədov onu avtomobilinə qoyaraq Zaqatala rayon Diaqnostika mərkəzinə çatdırıb. Lakin təəssüf hissi ilə bildiririk ki, həkimlərin bütün səylərinə baxmayaraq, həmin şəxs vəfat edib. Hazırda hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır və əlavə məlumat veriləcəkdir", - qurumun mətbuat katibi Rəşad Mehdilinin "Facebook"da yaydığı açıqlamada deyilir. 


***
23:29

Xəbərə fotolar əlavə edilib

***

saat 23:12

Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinin müdiri qəza törədib.
 
Lent.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Qax-Zaqatala avtomobil yolunun Qax rayonu Ləkit  kəndi ərazisindən keçən hissəsində baş verib. 

Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinin müdiri Turan Əsədovun idarə etdiyi "Azsamand" markalı, 62 AA 008 dövlət nömrə nişanlı minik avtomobili 53 yaşlı Natiq Tofiq oğlu Həsənovu vurub. 

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. 
Faktla bağlı  araşdırma aparılır.

Faktla bağlı araşdırma aparılır.

Turan Əsədov


***
23:12

Qaxda maşın piyadanı vuraraq öldürüb. 

Lent.az xəbər verir ki, hadisə axşam saatlarında Qax-Zaqatala avtomobil yolunun Qax rayonu Ləkit kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan minik avtomobili 53 yaşlı Bakı şəhər sakini Natiq Tofiq oğlu Həsənovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Faktla bağlı  araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 21213

Oxşar yazılar

Ağdamda insan sümükləri  tapıldı

Ağdamda insan sümükləri tapıldı

13 iyun 2025 , 11:03
Bakıda kişi yola benzin tökdü, özü də yandı

Bakıda kişi yola benzin tökdü, özü də yandı

13 iyun 2025 , 10:49
Avropa onu Azərbaycana təhvil verdi

Avropa onu Azərbaycana təhvil verdi

13 iyun 2025 , 10:07
Xəstə uşaq şəkilləri  ilə pul yığırdı, saxlanıldı - VİDEO

Xəstə uşaq şəkilləri ilə pul yığırdı, saxlanıldı - VİDEO

13 iyun 2025 , 10:06
Bakıda maşın kişinin üstündən keçdi

Bakıda maşın kişinin üstündən keçdi

13 iyun 2025 , 09:50
Yardımlıda traktor aşdı,  sürücü öldü

Yardımlıda traktor aşdı, sürücü öldü

13 iyun 2025 , 09:25
Bakıda minik maşını avtobusla toqquşdu

Bakıda minik maşını avtobusla toqquşdu

13 iyun 2025 , 02:57
Qəbələdə qadın yanıb öldü

Qəbələdə qadın yanıb öldü

12 iyun 2025 , 19:33