İlisu Dövlət Qoruğunun yüksək dağlıq-meşəlik ərazisində yanğın baş verib.
Lent.az APA-nın şimal-qərb bürosuna istinadən xəbər verir ki, fevralın 20-si günorta saat 15 radələrində rayonun Qum kənd inzibati ərazisindən bir-neçə kilometr məsafədə yerləşən İlisu Dövlət Təbiət Qoruğunun yüksək dağlıq-meşəlik ərazisində yanğın baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti, İlisu Dövlət Təbiət Qoruğunun və Qax Meşə Mühafizəsi və Bərpasının əməkdaşları, Qum və Çinarlı kənd sakinləri cəlb edilib.
Yanğın saat 22 radələrində söndürülüb. İlkin məlumata əsasən hadisə nəticəsində qoruq ərazisində təqribən 3 hektar ərazidə kol-kos, xəzəl, quru ağaclar yanıb.
Faktla bağlı araşdırma aparılır.