Dövlət Gömrük Komitəsində keçirilən korrupsiya əməliyyatı barədə bəzi məlumatlar üzə çıxıb.
Lent.az xəbər verir ki, əməliyyatların keçirildiyi DGK-nın Aksizli mallar İdarəsi Lökbatan qəsəbəsində, "Meyvəli" adlanan ərazidə yerləşir. İndiyədək 10-a yaxın şəxs saxlanılıb. 5 nəfərin isə izahatı alınıb.
Məlumata əsasən, əməliyyatlar yanvarın 25-dən başlayıb.
***
Saat: 10:29
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsinin Aksizli mallar İdarəsində əməliyyat keçirir.
Lent.az-ın məlumatına görə, hazırda əməliyyat tədbirləri davam edir.
Məlumatı Baş Prokurorluğun Mətbuat Xidmətindən Lent.az-a təsdiq ediblər.
Qeyd olunub ki, əməliyyat barədə ictimaiyyətə əlavə məlumat veriləcək.