Dövlət əleyhinə çağırışlara görə saxlanılan  Mirədalət Talışxanovun məhkəməsi başladı
17 iyul 2025 16:53 (UTC +04:00)

Dövlət əleyhinə çağırışlara görə saxlanılan Mirədalət Talışxanovun məhkəməsi başladı

Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən Mirədalət Talışxanovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin qərarı ilə cinayət işi baxışa verilib. Baxış iclası iyulun 30-na təyin edilib.

Qeyd edək ki, Mirədalət Talışxanov DTX saxlayıb.

Mirədalət Talışxanova qarşı Cinayət Məcəlləsinin 32.4, 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar etməyə təhrik etmə, eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Onun əvvəllər hüquq-mühafizə orqanlarında çalışması məlumdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 480

Oxşar yazılar

Şüvəlanda dənizdə bir nəfər batdı

Şüvəlanda dənizdə bir nəfər batdı

17 iyul 2025 , 20:55
Ucarda mikroavtobusla “TIR” toqquşdu

Ucarda mikroavtobusla “TIR” toqquşdu

17 iyul 2025 , 20:48
Ağdaşda ağaclıqdan kişi meyiti  tapıldı

Ağdaşda ağaclıqdan kişi meyiti tapıldı

17 iyul 2025 , 19:33
Xəzərdə 2 yeniyetmə  xilas olundu -  VİDEO

Xəzərdə 2 yeniyetmə xilas olundu - VİDEO

17 iyul 2025 , 18:40
Laçında yanğın SÖNDÜRÜLDÜ:  saxlanılanlar var - YENİLƏNİB

Laçında yanğın SÖNDÜRÜLDÜ: saxlanılanlar var - YENİLƏNİB

17 iyul 2025 , 18:23
5 yaşlı Xocalı qurbanının məzarı açıldı

5 yaşlı Xocalı qurbanının məzarı açıldı

17 iyul 2025 , 17:40
İş adamı öz restoranında  zəhərləndi

İş adamı öz restoranında zəhərləndi

17 iyul 2025 , 17:05
Bakıda 3 prokuror işdən çıxarıldı

Bakıda 3 prokuror işdən çıxarıldı

17 iyul 2025 , 16:11