Polis dostunu bıçaqlamaqda şübhəli bilinən şəxsi həbs edib.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisədə 1985-ci il təvəllüdlü Zahir Həsənov şübhəli bilinir. O, Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşların keçirdikləri əməliyyat zamanı saxlanılıb. Zahir Həsənov ilkin ifadəsində cinayəti törətdiyini etiraf edib. Faktla bağlı araşdırma davam edir.
***
20.54
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.
1971-ci il təvəllüdlü M.Hüseynov 2 bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə həmin şəxs dostu tərəfindən bıçaqlanıb.