9 aylıq hamilə qadının başına gələnlər dünyada bir çox insanın qanını dondurub.
Braziliyada yaşayan 24 yaşlı qadın ilk övladını qucağına almaq üçün günlərini sayırdı. Övladı üçün məclis təşkil edib əylənmək istəməsi nə yazıq ki, onun üçün kabusa çevrilib. O, dostunun təşkil etdiyi məclisə getmək üçün evdən çıxıb və bir daha geri qayıtmayıb. Daha sonra onun qarnı kəsilmiş vəziyyətdə cəsədi tapılıb.
Lent.az dəhşətli olayın necə baş verdiyi barədə nüansları təqdim edir:
Qorxunc hadisə 2020-ci il avqustun 27-də baş verib. Flavia adlı hamilə məclisə gedir. Evə qayıtmadığını görən qadının həyat yoldaşı onun “WhatsApp” mesajlarına saatlardır geri dönüş edilmədiyini görür. Daha sonra məclisə qatılan qonaqlarla əlaqə saxlayır. Məclisin təxirə salındığını eşidəndə isə itkin düşməsi barədə polisə müraciət edir.
Zavallı qadının başına gələnlər sabahı gün ortaya çıxır. Tərk edilmiş dulusçuluq anbarında cansız bədəni tapılan qadının qarnının yarıldığı və körpənin oğurlandığı məlum olur. Meyitin müayinəsi zamanı onun başından zərbə aldığı, qarnının yarıldığı və qan itirmədən dünyasını dəyişdiyi təsdiqlənir.
Flavianın körpəsinin sağ olub-olmaması isə dəqiq bilinmir. Müfəttişlər məclisin Flaviaı ailəsindən uzaq saxlamaq üçün bir tələ olduğu düşünülür və uşağın yaşaması ehtimalının da yüksək olduğu söylənilir. Dəhşətli hadisədən sonra qadının məktəb yoldaşı Rozalba Grimm və onun əri Zulmiar Schiestl yeni doğulmuş bir qız uşağı ilə xəstəxanaların birində görüldüyü üçün şübhəlilər siyahısına düşürlər.
Xəstəxana işçilərinin həmin körpənin belində kəsikləri görməsi isə şübhələri olduqca qüvvətləndirir. Edilən testlərin nəticəsi olaraq R. Grimmin Flavianın körpəsini özününkü kimi göstərməyə çalışması faktı ortaya çıxarır. Təhlükəsizlik kameralarındakı görüntülər də bunu təsdiqləyir. Bəli, məsum körpə Flavianındır.
Görüntülərdə aydın görünür ki, “saxta” məclis keçirilən gün Flavia Grimmin avtomobilinə minir və onlar tərk edilmiş dulusçuluq anbarına tərəf gedir. Grimm polis bölməsində sorğulanan zaman dostunu öldürdüyünü və körpəsini oğurladığını etiraf edir.
Ötən il ilk dəfə hakim qarşısına çıxan Rozalba Grimmin məhkəmə prosesi hələ də davam edir. Məhkəmənin bu günlərdə ortaya çıxarmağa çalışdığı detal isə Rozalbanın uşağı ana bətnindən necə çıxarması və bunu törədərkən ona yardım edilib-edilməməsidir...