Türkiyənin Mersin bölgəsində bir şəxs sosial şəbəkədə eyni şirkətdə işlədiyi dostlarının arvadlarına sataşıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə üzə çıxandan sonra kişini çağırıldığı kafedə qadınların ərləri döyüb. O, huşunu itirərək yıxılıb.
Məlumata görə, kişi həmin mesajlarda “sənə daha yaxşı həyat vəd edəcəm”, “ərini at və mənimlə ol” kimi ifadələr işlədib.