Dərəyə düşmüş avtomobildəki qadınlar belə xilas edildi-VİDEO -YENİLƏNİB
29 avqust 2023 23:22 (UTC +04:00)

Dərəyə düşmüş avtomobildəki qadınlar belə xilas edildi-VİDEO-YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xızı-Giləzi yolunun Xızı rayonu ərazisindən keçən hissəsində bir neçə avtomobilin güclü yağışın yaratdığı lilli və palçıqlı sel suyu nəticəsində dərəyə yuvarlanması və vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
 
Lent.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
 
Əlverişsiz hava şəraitinə və günün qaranlıq vaxtı olmasına baxmayaraq operativ olaraq həyata keçirilən xilasetmə əməliyyatı nəticəsində yanğınsöndürən-xilasedicilər tərəfindən 2 nəfər qadın dərəyə düşmüş nəqliyyat vasitəsindən çıxarılaraq xilas edilib.
FHN-in əraziyə cəlb edilmiş qüvvələri tərəfindən əməliyyat şəraitinə uyğun olaraq Xızı-Giləzi yolunun qeyd edilən hissəsində çətin vəziyyətdə qalan digər avtomobillər təhlükəsiz əraziyə çıxarılıb.
 

***

23.14

Xızıda yağan qısamüddətli leysan yağışı nəticəsində bağlanan Giləzi-Xızı yolu açılıb.

Lent.az-ın APA-ya istinadla verdiyi məlumata görə, yolda avtomobillərin hərəkəti bərpa olunub və köməksiz vəziyyətdə qalan şəxslərə müvafiq yardım göstərilib.
 

***

21.34

Xızıda yağan qısamüddətli leysan yağışları bir sıra fəsadlar törədib.

Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, sel suları nəticəsində yaranan palçıq kütləsi Giləzi-Xızı avtomobil yolunun hərəkət hissəsinə dolub. Bu səbəbdən hazırda yol bağlanıb.

Hadisə şahidlərinin bildirdiyinə görə Giləzi-Xızı avtomobil yolunun 6-10-cu kilometrliklərində avtomobillərdə köməksiz vəziyyətdə qalanlar var.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, Dövlət Yol Polisi əməkdaşları, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumunun və digər müvafiq icra strukturlarının nümayəndələri cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4872

Oxşar yazılar

Sumqayıtda ər arvadını  boğub öldürdü

Sumqayıtda ər arvadını boğub öldürdü

13 fevral 2025 , 02:24
Uşağı öldürüb cinayəti azərbaycanlı qohumların  üstünə atdılar -VİDEO

Uşağı öldürüb cinayəti azərbaycanlı qohumların üstünə atdılar -VİDEO

13 fevral 2025 , 01:32
Bakıda yük maşını  ağaca çırpıldı

Bakıda yük maşını ağaca çırpıldı

13 fevral 2025 , 00:11
Bakıda məktəbli  vəfat etdi

Bakıda məktəbli vəfat etdi

12 fevral 2025 , 21:41
Bakıda kişi özünü asdı

Bakıda kişi özünü asdı

12 fevral 2025 , 19:33
Həkim səhvinə görə kişinin  qolları və ayaqları   kəsildi

Həkim səhvinə görə kişinin qolları və ayaqları kəsildi

12 fevral 2025 , 19:21
Rusiya onları Azərbaycana TƏHVİL VERDİ

Rusiya onları Azərbaycana TƏHVİL VERDİ

12 fevral 2025 , 18:21
Yasamalda XÜSUSİ ƏMƏLİYYAT:  saxlanılanlar var - VİDEO

Yasamalda XÜSUSİ ƏMƏLİYYAT: saxlanılanlar var - VİDEO

12 fevral 2025 , 17:33