Millət vəkili Şahin İsmayılovun seçiciləri ilə görüşdə insident yaşanıb.
Lent.az-ın məlumatına görə, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Məlumata görə, insident Beyləqan rayonunun Kəbirli kəndində baş verib. Sakinlər kəndin girişində onlarla görüşə gələn deputat Ş.İsmayılovun qarşısını kəsiblər. Vətən müharibəsində Kəbirli kəndinin 17 şəhid verdiyi dilə gətirən sakinlər Ş.İsmayılovun həmin şəhidlərin heç birinin dəfnində iştirak etmədiyini əsas gətirərək ondan kəndi tərk etməsini istəyiblər.
Millət vəkilinin ofisindən bildirilib ki, Ş.İsmayılov kənddən qovulmayıb, baş verənlər sadəcə təxribat xarakterli olub.