Dənizdə FACİƏ : Batan şəxsi xilas edən polis boğuldu - FOTO
03 sentyabr 2021 10:38 (UTC +04:00)

Dənizdə FACİƏ: Batan şəxsi xilas edən polis boğuldu - FOTO

Bakıda polis əməkdaşı faciəvi şəkildə ölüb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, boğulmaq təhlükəsi ilə üzləşən şəxsi xilas etməyə çalışan gənc polis əməkdaşı öz həyatını da itirib.
 
Bildirilir ki, Əlahiddə Çevik Polis Alayının polis nəfəri, 21 yaşlı İbrahim Əlosmanov dünən saat 18 radələrində Xəzər rayonundakı “Mayak” çimərliyində bir nəfərin suda boğulduğunu görür və onu xilas etmək üçün dərhal özünü dənizə atır. Lakin dərinlik və yüksək dalğalar ona mane olur. Polis əməkdaşı həyatını xilas etməyə çalışdığı 45 yaşlı Rövşən Qasımovla birlikdə öz həyatını itirir.

Fədakar polis əməkdaşının ailəsinə dərin hüznlə baş sağlığı veririk. Allah rəhmət eləsin!

# 3963
avatar

Mehman Nəbiyev

Oxşar yazılar