Dəmir yolu stansiyasından oğurluq edənlər saxlanılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, yanvarın 21-də Tərtər rayonunun Köçərli dəmir yolu stansiyası ərazisindən istifadəyə yararsız 6 ədəd rels altlığını, 15 ədəd kastil, 9 ədəd rels boltu və 3 ədəd nişan lövhəsini oğurlamaqda şübhəli bilinən Köçərli kənd sakinləri C.Hacıyev və əvvəllər məhkum olunmuş X.Hacızadə saxlanılıblar.